Mahirin komandası Ukrayna klubuna qarşı

10:36 - 28 Aprel 2022

Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Kiyev "Dinamo"su ilə xeyriyyə matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlirlər Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

​Emreli zədələndiyindən bu görüşdə meydana çıxıb-çıxmayacağı bəlli deyil. 

Xəbər xətti