"Neftçi" - "Zirə" matçı Əliyar Ağayevə tapşırıldı

11:39 - 28 Aprel 2022

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının hakim təyinatları məlum olub.

Sportal.az  PFL- rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun FIFA referilərinə tapşırılıb.

"Qarabağ" - "Qəbələ" oyununu Elçin Məsiyev, "Neftçi" - "Zirə" görüşünü isə Əliyar Ağayev idarə edəcək.

29 aprel (cümə)

“Qarabağ” – “Qəbələ”


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 17:30

“Neftçi” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
​“Bakcell Arena”, 20:30

Xəbər xətti