"Liverpul" almaniyalı məşqçi ilə müqavilə imzalamaq istəyir

13:14 - 28 Aprel 2022

"Liverpul" Yurgen Kloppla müqavilənin müddətini uzatmaq istəyir.

Sportal.az “The Times”-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 54 yaşlı məşqçiyə yeni müqavilə təklif etməyə hazırlaşır. 2015-ci ildən "Liverpul"u çalışdıran Klopp komandadan ayrıla biləcəyini söyləyib. 

Amma Mersisayd klubu onunla daha yaxşı şərtlərlə müqavilə imzalamaq niyyətindədi. 

Xəbər xətti