"Şamaxı"da icarə əsasında oynayan U-21 yığmamızın futbolçusu Turan Vəlizadə yayda "Neftçi" yə qayıdacaq.
Sportal.az xəbər verir ki, müqavilə ilə "ağ-qaralar"a məxsus olan futbolçu saytımıza açıqlama verib. Yığmamızın üzvü məsələ haqda bunları deyib:
"Bu barədə ancaq mövsüm bitəndən sonra danışa bilərəm. İndi onu deyə bilərəm ki, müqavilə ilə "Neftçi" yə məxsusam. Lakin hazırda "Şamaxı"nın uğurları üçün çalışıram. Mövsüm bitəndən sonra bu haqda danışmaq olar. "Neftçi" ilə 2023-ce ilə kimi müqaviləm var".
