"İnter" "Yuventus"un futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, Milan klubu yayda azad agent olacaq argentinalıya ilinə 6 milyon avro məvacib nəzərdə tutulan 4 illik müqavilə təklif edib. Bu məbləğ "İnter"də maksimumdur. Komandada Lautaro Martines və Marselo Brozoviç bu qədər məvacib alır.
Dibala "Yuventus"la müqaviləni yeniləmədiyi üçün yayda klubu tərk edəcək. O, Turin təmsilçisindən 10 milyon avro maaş istəyir.
