Tanınmış menecerin ölüm xəbəri təkzib olundu - YENİLƏNİB

17:20 - 28 Aprel 2022

Ölüm xəbəri yayılan futbol meneceri Mina Rayola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, tvitterdə paylaşım edərək sağ olduğunu bildirib: 

 

"Maraqlananlar üçün hazırkı sağlamlıq vəziyyətimin pis olmadığını bildirirəm. Amma mən qəzəblənirəm. 4 ayda ikinci dəfə məni öldürdülər. Deyəsən, mən də dirilməyi bacarıram".

 

****

 

Tanınmış futbol meneceri Mina Rayola dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 54 yaşlı futbol adamı müalicə aldığı xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, Mina Rayola Erlinq Haaland, Zlatan İbrahimoviç, Matteys de Liqt, Canluici Donnarumma, Pol Poqba, Marko Veratti, Stefan de Vray, Hirvinq Lozano, Markus Türam, Moyze Kin, Donyell Malen, Emre Mor kimi futbolçuların meneceridir.

Xəbər xətti