AFFA İcraiyyə Komitəsi legioner limitini müzakirə edəcək

17:31 - 28 Aprel 2022

Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, saat 13:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə

2. Legioner limitinin müzakirəsi

3. Azərbaycan çempionatında əvəzetmə sayının artırılması

4. AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə

5. Digər məsələlər

Xəbər xətti