Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri bilindi

19:19 - 28 Aprel 2022

Cüdo üzrə Avropa çempionatının püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

 

Bolqarıstanın paytaxtı Sofiyadakı yarışda 11 cüdoçumuz tatamiyə çıxacaq. Aprelin 29-dan mayın 1-dək keçiriləcək çempionatda 9 kişi və 2 qadın idmançımız mübarizə aparacaq.

 

Kişilər

60 kq, 1/16 final

Balabəy Ağayev – Savva Karakizidi (Yunanıstan)
Əhməd Yusifov – Xayme Bernabeu (İspaniya)

 

66 kq, 1/16 final

İbrahim Əliyev – Tal Fliker (İsrail) 
Yaşar Nəcəfov – Radu İzvoreanu (Moldova)

 

73 kq, 1/16 final

Rüstəm Orucov – Coşua Qrin (İrlandiya)
Hidayət Heydərov – Adam Stodolski (Polşa)

 

90 kq, 1/16 final

Məmmədəli Mehdiyev – David Klammert (Çexiya)

 

100 kq, 1/16 final

Elmar Qasımov – Sedrik Olivar (Fransa)

 

+100 kq, 1/8 final

Uşanqi Kokauri – İv Ndao (Belçika)

 

Qadınlar

48 kq, 1/8 final

Şəfəq Həmidova – Julia Fiqeroa (İspaniya)
Ramilə Əliyeva – Katarina Kosta (Portuqaliya)

 

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 365 (208 kişi, 157 qadın) cüdoçu iştirak edəcək.

Xəbər xətti