"Barselona"nın müdafiəçisi yenidən zədələndi, mövsümü başa vurdu

20:46 - 28 Aprel 2022

"Barselona"nın futbolçusu Serji Roberto yenidən zədələnib.

 

Sportal.az xəbər verir ki, zədədən yeni qayıdaraq, komanda ilə məşqlərə qoşulan 30 yaşlı sağ cinah müdafiəçisi sıradan çıxıb.

 

İspaniyalı futbolçu bu gün baş tutan hazırlıqda ciddi zədə alıb. Onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə təcrübəli müdafiəçi üçün mövsümün bitməsi deməkdir.

 

Serji Roberto cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti