Britaniya mətbuatı bu gün Konfrans Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Lester” – “Roma” oyunu haqda yazarkən “Qarabağ”ın uğurlu nəticəsini də qeyd edib.
Sportal.az xəbər verir ki, “talkSPORT” Ağdam klubunun Konfrans Liqasındakı göstəricisi barədə bunları yazıb:
“Lester” bu turnirdə 12 qolu ikinci yarıda vurub ki, bu da qolların 75 faizini təşkil edir. Üstəlik, son dörd qoldan üçü 75-ci dəqiqədən sonra vurulub. Fasilədən sonra vurulan qolların nisbəti yalnız “Qarabağ”da 100 faizdi. Bu, turnirdə beşdən çox qol vuran bütün komandalar (seçmə mərhələlər istisna olmaqla) arasında ən yaxşı göstəricidi”.
Mirbağırağa
