Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Kiyev "Dinamo"su ilə xeyriyyə oyunu keçirib.
Sportal.az xəbər verir ki, Zaqrebdə keçirilən matç 2:2 hesabı ilə sona çatıb. Mahir zədəli olduğu üçün bu görüşdə iştirak etməyib.
"Dinamo" (Zaqreb) - "Dinamo" (Kiyev) - 2:2
Qollar: Vanat, 8 (0:1), 16 (0:2), Vukotiç, 29 (1:2), Menalo, 38 (2:2)
