Qətərdən Premyer Liqaya

22:51 - 28 Aprel 2022

Kolumbiya millisinin üzvü Xames Rodriqes İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Vest Hem" və "Aston Villa"nın transfer siyahısındadı.

Adıçəkilən klublar kolumbiyalı üçün mübarizəyə başlayıb. Hazırda "Əl Rayyan" klubunda oynayan Xamesin Qətəri tərk edib-etməyəcəyi mövsüm sonunda bilinəcək.

Xəbər xətti