Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli Rusiyanın "Torpedo" klubunda debüt edib.
Sportal.az xəbər verir ki, debüt matçı Rövşən üçün uğursuz alınıb. Belə ki, onun komandası Superliqanın 1/4 final mərhələsinin ikinci oyununda "Qazprom Yuqra"ya 3:8 uduzub.
İlk görüşdə isə "Torpedo" 5:3 qalib gəlmişdi.
