Konfrans Liqası: "Marsel" uduzdu, "Roma" İngiltərədə bərabərə qaldı

01:00 - 29 Aprel 2022

Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" "Feyenoord"un qonağı olub. Görüş Rotterdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə sona çatıb.

"Roma" isə İngiltərədə "Lester"in qonağı olub. Bu görüşdə də qalib müəyyənləşməyib - 1:1.

Yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.

UEFA Konfrans Liqası

28 aprel

"Feyenoord" (Niderland) - "Marsel" (Fransa) - 3:2
Qollar:
Dessers, 18, 46, Sinisterra, 20 - Dienq, 28, Jerson, 40

"Lester" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1

Qollar: Mançini, 67 (öz qapısına) - Pelleqrini, 15

Xəbər xətti