Avropa Liqası: Almaniya klubları qələbə qazandı

01:16 - 29 Aprel 2022

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Almaniya "Leypsiq"i doğma meydanda Şotlandiyanın "Reyncers" klubunu qəbul edib. Görüş ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda İngiltərə "Vest Hem"i Almaniyanın "Ayntraxt" klubu ilə üz-üzə gəlib. Bu görüşdə də almanlar qələbə qazanıb - 2:1.

Yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası

28 aprel

"Leypsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol
: Anxelino, 85

"Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar:
Antonio, 21 - Knauff, 1, Kamada, 54

Xəbər xətti