Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirindəki görüşlərinin təqvimi açıqlanıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı qrossmeyster ilk oyununu iyunun 17-də ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı keçirəcək.
İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
I tur, 17 iyun
Teymur Rəcəbov – Alireza Firuzca (Fransa)
II tur, 18 iyun
Hikaru Nakamura (ABŞ) – Teymur Rəcəbov
III tur, 19 iyun
Teymur Rəcəbov – Yan Nepomnyaşi (FİDE)
IV tur, 21 iyun
Yan-Kşiştof Duda (Polşa) – Teymur Rəcəbov
V tur, 22 iyun
Teymur Rəcəbov – (Rəqib dəqiqləşməyib)
VI tur, 23 iyun
Teymur Rəcəbov – Riçard Rapport (Macarıstan)
VII tur, 25 iyun
Fabiano Karuana (ABŞ) – Teymur Rəcəbov
VIII tur, 26 iyun
Alireza Firuzca (Fransa) – Teymur Rəcəbov
IX tur, 27 iyun
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)
X tur, 29 iyun
Yan Nepomnyaşi (FİDE) – Teymur Rəcəbov
XI tur, 30 iyun
Teymur Rəcəbov – Yan-Kşiştof Duda (Polşa)
XII tur, 1 iyul
(Rəqib dəqiqləşməyib) – Teymur Rəcəbov
XIII tur, 3 iyul
Teymur Rəcəbov – Fabiano Karuana (ABŞ)
XIV tur, 4 iyul
Riçard Rapport (Macarıstan) – Teymur Rəcəbov
