Əliyar Ağayev Yunanıstanda vacib oyuna təyinat aldı

14:15 - 29 Aprel 2022

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda ədalət təmsilçisi olacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək.

Mayın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər xətti