Bu gün Azərbaycan kubokunda finala vəsiqə qazanan hər iki komandanın adı bəlli olacaq.
Sportal.az saytının məlumatına görə, PFL hələ ki, həlledici qarşılaşmanın hansı stadionunda keçiriləcəyinə qərar verməyib.
Mayın 27-nə planlaşdırılan görüşün yeri bir həftə içərisində dəqiqləşəcək. Final matçının bölgələrimizin birində keçiriləcəyi də istisna edilmir.
