AFFA legioner limitini dəyişmədi, yaş limiti ləğv edildi

16:28 - 29 Aprel 2022

Bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, müzkairələrdən sonra Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilməsi qərara alınıb. Ancaq Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunub.

Bundan başqa, 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilib.

​2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilib.

Xəbər xətti