Bu gün Millətlər Liqasının C liqasının üçüncü qrupunun start oyununda Azərbaycan Qazaxıstanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Nur-Sultan şəhərindəki "Astana Arena" stadionunda keçiriləcək matça yerli əhali tərəfindən maraq böyükdü.
Artıq 20 min bilet satılıb.
Oyun gününə qədər daha 4 min biletin satılacağı və görüşü 24 min azarkeşin izləyəcəyi idda edilir.
Azərbaycanlı azarkeşlər üçün 500 nəfərlik yer ayrılıb.
Qazaxıstan – Azərbaycan matçı bu gün 18:00-da “Astana Arena”da keçiriləcək.
