Millinin yeni baş məşqçisinin adına aydınlıq gəldi

13:59 - 3 İyun 2022

Kolumbiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu post Nestor Lorensoya həvalə edilib.

56 yaşlı məşqçi ilə 4 illik müqavilə imzalanıb.

Onun köməkçilərindən biri “Atletiko” və Kolumbiyanın sabiq müdafiəçisi Amaranto Pereadı.

​Lorenso bu postda Reynaldo Ruedanı əvəzləyib. Onun son iş yeri Perunun "Melqar" klubu olub.

Xəbər xətti