"Dinamo"da 1000 dollar qazanırdım, Azərbaycanda isə aylıq maaşım 23 min dollar idi"

14:14 - 3 İyun 2022

Belarus millisinin və “İnter”in (indiki “Şamaxı”) veteran futbolçusu Mixail Makovski Azərbaycandakı çıxışını xatırlayıb.

Sportal.az xəbər verir ki, “football.by” portalına danışan belaruslu paytaxt klubunda nə qədər qazandığından söz açıb: "Ən yülsək maaşı harada almışam Bakıda, yoxsa Kiyevdə? "Dinamo"da 1000 dollar qazanırdım. Ən yüksək maaşım isə "İnter"də idi. Orada isə mənə aylıq 23 min dollar maaş verirdilər. Mükafatlar? Bunun Azərbaycanda necə olduğunu sizə deyim.

“İnter” dörd gün istirahət verirsə, niyə Kiyevə uçaraq ailənizi görməyəsiniz? Üstəlik, klub il ərzində 8 pulsuz uçuş təşkil edirdi. Qalib gəldiyiniz oyundan sonra Ukraynadan Bakıya qayıdırsınız və bazada çarpayının üstündə zərf görürsünüz. 500 dollar mükafat, hər şey lazım olduğu kimi. Amma ən maraqlısı, alkoqol içmədiyim vaxtlar idi. Ora o qədər istidir ki. əgər otaqda kondisioner yoxdursa, çox isti olur. Gündəlik iki məşqimiz olurdu, birincisi səhər 6-da, ikincisi axşam 10-dan sonra”.

Minsk və Kiyev “Dinamo”larında oynamış Makovski 2005-ci ildə Azərbaycana gələrək “İnter”lə müqavilə imzalamışdı.​

Mirbağırağa

Xəbər xətti