Belçika millisinin futbolçusu "Milan"a transfer oldu

18:18 - 3 İyun 2022

"Liverpul"la müqaviləsi bitən Divok Origi karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Belçika millisinin üzvü "Milan"la razılaşıb. 27 yaşlı forvard "rossyenerlər"lə 3 illik müqavilə imzalayacaq.

 

2014-cü ildən Belçika millisinə çağrılan Origi 32 oyunda 3 qol vurub.

 

Xatırladaq ki,  2015-ci ildən çıxış etdiyi Premyer Liqa klubunda 175 matçda iştirak edən hücumçunun aktivində 41 qol var.

Xəbər xətti