"Tottenhem" qapıçısı ilə yollarını ayırdı

20:36 - 3 İyun 2022

"Tottenhem" icarə əsasında komandada çıxış edən italiyalı qapıçı Pyerluici Qollini ilə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi qolkiperi klubda saxlamağa ehtiyac duymayıb.

 

İtaliya millisində bir matç keçirən 27 yaşlı qapıçı müqavilə ilə məxsus olduğu "Atalanta"ya geri dönüb.

 

Qeyd edək ki, Pyerluici Qollini geridə qalan mövsümdə Premyer Liqa klubunun heyətində cəmi 10 oyuna çıxıb. O, bu görüşlərdə qapısında 11 top görüb.

Xəbər xətti