"Real" ulduzunu "Mançester Yunayted"ə təklif edəcək

21:59 - 3 İyun 2022

"Mançester Yunayted" İspaniya millisinin üzvü Marko Asensionu transfer edə bilər. 

 

Sportal.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Mançester təmsilçisinə  "Real"ın vingeri ilə müqavilə imzalamaq təklif olunacaq. "Qırmızı şeytanlar" qısa zamanda qərar verməlidir. Əks təqdirdə 26 yaşlı futbolçu digər klublara təklif olunacaq.

 

Marko Asensio "kral klubu"na 2015-ci ildə "Malyorka"dan keçib.

 

Qeyd edək ki, Asensio "Qalaktikos"un heyətində bu günə kimi çıxdığı 235 oyunda 49 qol vurmağı bacarıb. Futbolçu son mövsüm Madrid təmsilçisi ilə La Liqa və ÇL-in qalibi olub.

Xəbər xətti