Almaniya klubu Qvardiolu saxlayacaq

23:01 - 3 İyun 2022

"Leyptsiq" Yoşko Qvardiolu satmağa tələsmir.

Sportal.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu "Çelsi", "Tottenhem" kimi klubların transfer siyahısında olan müdafiəçini komandada saxlamağa çalışır. 

Almanlar onu gələn mövsüm daha yüksək qiymətə satmaq istəyir.

Qvardiol 2021-ci ildən çıxış etdiyi Xorvatiya millisində 10 matç keçirib.

20 yaşlı müdafiəçi 2021-ci ildən "Leyptsiq"də çıxış edir.

Xəbər xətti