Türkiyənin "Fənərbaxça" klubunun borcu açıqlanıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 31 dekabr 2021-ci il tarixədək olan ümumi borcu 6 milyard 190 milyon lirədir (640 milyon manat). Bu barədə "sarı-lacivərtlilər"in maliyyə toplantısında məlumat verilib.
"Fənərbaxça" başa çatan mövsümdə Türkiyə Super Liqasını 2-ci pillədə başa vurub. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.