"Verder"in türkiyəli futbolçusu Ömər Toprak komandanı tərk edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü klubla başa çatan müqaviləsini yeniləməyib.
Ömər Toprak 2020-ci ilin yayından Bremen klubunda çıxış edirdi.
32 yaşlı müdafiəçi daha əvvəl "Bayer" (Leverkuzen), "Borrusiya" (Dortmund), "Frayburq"da oynayıb.
