Azərbaycan milli komandasının veteran futbolçusu Rail Məlikov “Sumqayıt”a qayıda bilər.
Sportal.az saytına verilən məlumata görə, Məlikovun bu dəfə komandaya məşqçi kimi qayıtmaq ehtimalı var.
Artıq məşqçi ilə rəhbərlik arasında danışıqlara start verilib. Sadəcə onun daha bir real variantı olduğundan “Sumqayıt”la müqavilə imzalamağa tələsmir.
Amma danışıqlar müsbət yekunlaşsa, yeni mövsüm Məlikov komandanın baş məşqçisi Aleksey Baqanın köməkçisi vəzifəsini tutacaq.
