Fransa millisinin üzvü Kilian Mbappe zədələnib.
Sportal.az xəbər verir ki, PSJ-nin futbolçusu Millətlər Liqasında Danimarkaya qarşı keçirilən matçda ayağından xəsarət alıb. Kilian meydançanı vaxtından əvvəl tərk edib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Fransa - Danimarka arasında baş tutan matç qonaqların qələbəsi (1:2) ilə yekunlaşıb.
