Azərbaycan güləşçiləri 1 gümüş, 2 bürünc medal qazandı

18:58 - 4 İyun 2022

Qazaxıstanın Almatı şəhərində güləş üzrə Bolat Turlıxanov Kuboku davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın 3 güləşçisi medal qazanıb.

Jalə Əliyeva (59 kq) finalda hindistanlı Sarita Saritaya məğlub olaraq Bolat Turlıxanov Kubokunda gümüş medal qazanıb.

53 kq-da Leyla Qurbanova qazaxıstanlı Aişə Ualişana "tuşe" ilə qalib gələrək "bürünc"ə sahib olub.

Qurbanova ilə yanaşı, daha bir güləşçi bürünc medal qazanıb. Türkan Nəsirova (50 kq) qazaxıstanlı Aygül Nuralimə 5:4 hesabıyla qalib gələrək medalçılar arasında yer alıb.

Xəbər xətti