Ronaldo: "İnanıram ki, "Mançester Yunayted" əvvəlki günlərinə qayıdacaq"

19:40 - 4 İyun 2022

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo növbəti mövsümlə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu növbəti mövsümün uğurlu keçəcəyinə inandığını deyib:

 

"Matçlarda qalib gəlmək mənim üçün çox vacibdir. Komanda ilə titullar qazanmağa çalışıram. Bunun üçün bəzən vaxt lazım olur. İnanıram ki, "Mançester Yunayted" əvvəlki günlərinə qayıdacaq. "Qırmızı şeytanlar" yenə uğur qazanacaq. Gəlin inanaq ki, gələn il uğurlu mövsüm keçirib kuboklar alacağıq".

 

Qeyd edək ki, "mankunianlar" 2021-2022-ci il mövsümünü altıncı pillədə başa vurub. Mançester təmsilçisini yeni mövsümdə niderlandlı mütəxəssis Erik ten Haq çalışdıracaq.

Xəbər xətti