"Real"ı azad agent olaraq tərk edən İsko özünə yeni komanda tapmaqda çətinlik çəkir.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin qarşı tərəfdən yüksək maaş tələbi, onunla maraqlanan klubların geri addım atmasına səbəb olur. Xəbərə görə, "Sevilya" "Valensiya","Betis", "Roma" kimi klublar bu səbəbdən İspaniya millisinin üzvünün transferindən imtina ediblər.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən çıxış etdiyi Madrid təmsilçisində ilinə 7 milyon avro qazanırdı.
saytlarin hazirlanmasi
