Tbilisdə keçirilən "Böyük Dəbilqə" turnirində 81 kq çəkidə yarışan cüdoçumuz Elcan Hacıyev bürünc medal qazanıb.
Sportal.az xəbər verir ki, o, italiyalı rəqibi Tiziano Falkonu məğlub edərək bu uğura nail olub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.
saytlarin hazirlanmasi
