Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappeni komandada qalmağa necə razı salmasından danışıb.
Sportal.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, ölkə başçısı bu məsələ barəsində belə deyib:
"Sizə deyə bilərəm ki, belə işlərə qarışmıram. Hər bir azarkeş kimi yaxşı futbol izləmək istəyirəm. Kilian ilə söhbətimiz olub, ona sadəcə olaraq Fransada qalmağı məsləhət görmüşəm. Prezident kimi mənim vəzifəm ölkəmin maraqlarını təmsil etmək və onu qorumaqdır".
Qeyd edək ki, azad agent kimi "Real"a transferi gözlənilən 23 yaşlı hücumçunu Paris təmsilçisi son anda komandada saxlaya bilmişdi. Klub Fransa millisinin üzvü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi
