İngiltərə millisinin sabiq üzvü Deni Uelbek karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Ankaragücü"nün prezidenti Faruk Qoca açıqlama verib. Klub başkanı futbolçu ilə danışıqların davam etdiyini deyib:
"Uelbeki transfer etmək üçün klub olaraq görüşməmiz olub. Hələ ki, danışıqlar gedir. Maliyyə və s. məsələlər ətrafında müzakirələr davam edir. Hücumçunun keçidi tam həll olunub desək, doğru olmaz".
Ankaragücü yeni mövsümdən Super Liqada çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı forvard karyerası ərzində "Mançester Yunayted", "Arsenal", "Sanderlend", "Uotford" kimi klublarda çıxış edib. İngiltərə millisində 42 matçda 16 qolu olan futbolçu son olaraq "Brayton"da oynayıb.
saytlarin hazirlanmasi
