"Atletiko"nun forvardı Alvaro Morata İngiltərəyə qayıtmağa hazırlaşır.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Arsenal" ispaniyalı hücumçunu transfer etmək üçün Madrid klubu ilə danışıqlara başlayıb.
Dieqo Simeonenin komandada görmək istəmədiyi forvard özü də bu komandaya qayıtmaq niyyətində deyil. Belə ki, 2020-ci ildən "Atletiko"ya məxsus olan hücumçu elə həmin ildən də "qoca sinyora"ya icarəyə verilib.
İspaniya millisinin 29 yaşlı forvardı “Real”, “Yuventus”, “Çelsi” klublarında çıxış edib.
