Hikmet Karamanla yollarını ayıran "Kayserispor" yeni baş məşqçisinin adını açıqlayıb.
Sportal.az xəbər verir ki, Superliqada mübarizə aparan komandanın baş məşqçi postuna Ömər Ərdoğan gətirilib. 2021/2022 mövsümünə qədər "Hatayspor"u çalışdırmış gənc məşqçi Kayseri təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
"Kayserispor" 2021/2022 mövsümündə çempionatı 14-cü sırada başa vurmuşdu. Komanda Karamanın rəhbərliyi altında ölkə kubokunun finalında "Sivasspor"a məğlub olmuşdu.
