"Barselona"dan "Marsel"ə

14:34 - 5 İyun 2022

"Barselona"nın futbolçusu Miralem Pyaniç karyerasını Fransada davam etdirəcək.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bosniyalı "Marsel"lə razılığa gəlib.

Kataloniya klubunun baş məşqçisi Xavi Pyaniçi sərəncamında görmək istəmədiyindən klub onunla yolları ayırmağa hazırdı.

Başa çatan mövsümü "Beşiktaş"da keçirmiş Pyaniçin yaxın vaxtlarda "Marsel"lə rəsmi müqavilə imzalamaq üçün Fransaya uçacağı iddia edilir.

Xəbər xətti