Azərbaycan "Böyük Dəbilqə"də 2 medal qazandı

14:51 - 5 İyun 2022

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”ni iki medalla başa vurub.

Sportal.az xəbər verir ki, turnirin sonuncu günündə Murad Fətiyev (90 kq) 1/16 final mərhələsində qazaxıstanlı Adlet Missinə uduzub.

Daha əvvəl Azərbaycan cüdoçularından Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.

​Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunub.

Xəbər xətti