"Avropa Liqasını qazanmaq istəyirik"

15:33 - 5 İyun 2022

"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş növbəti mövsümlə bağlı danışıb.

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı "qırmızı şeytanlar"ın heyətində Avropa Liqasını qazanmaq istədiyini bildirib:

"Komanda yeni mövsüm Çempionlar Liqasında oynamayacaq. Amma məni meydana çıxmaqdan məhrum etsələr, buna daha çox üzülürəm. Təbii ki, "Mançester Yunayted" Çempionlar Liqasında oynamalıdı. Amma biz yeni mövsümdən Avropa Liqasında çıxış edəcəyik. Bu turnirdə qalib olmaq istəyirik. Yeni mövsümdən komandam üçün faydalı olmağa çalışacam".

Xəbər xətti