"Real" yayda transferlər üçün 400 milyon xərcləyəcək

15:47 - 5 İyun 2022

"Real" yeni mövsüm üçün heyətdə çoxlu dəyişiklik edəcək.

Sportal.az "Goal"a istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi yay transferi üçün 400 milyon avro pul ayırıb.

​Qaret Beyl, İsko və Marselonun gedişindən sonra madridlilərin maliyyə durumu daha da yaxşılaşıb. Bununla yanaşı "Real"ın Çempionlar Liqasını qazanması klubun büdcəsinə yaxşı mənada təsir edib.

Buna görə də rəhbərlik yayda bir neçə transferin edilməsinə hazırlaşır. 

Xəbər xətti