Simeone "Yuventus"a keçə bilər

17:38 - 5 İyun 2022

"Yuventus" geridə qalan sezonda hücum xəttində yaşadığı problemləri həll etmək üçün hərəkətə keçib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" son mövsümü icarə əsasında "Verona"da keçirən, müqavilə ilə "Kalyari"yə məxsus Covanni Simeone ilə maraqlanır.

Turin təmsilçisi argentinalı forvardla danışıqlara başlayıb. Klub Verona təmsilçisinin marağını nəzərə alaraq, transferi qısa müddətdə tamamlamaq istəyir.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Atletiko"nu çalışdıran argentinalı mütəxəssis Dieqo Simeonenin oğludur.

Xəbər xətti