Mane Seneqal millisinin ən yaxşı bombardiri oldu

18:49 - 5 İyun 2022

Seneqal millisinin üzvü Sadio Mane ölkəsinin futbol tarixinə düşüb.

Sportal.az xəbər verir ki, hücumçu bu uğura ötən gün Afrika kubokunun seçmə mərhələsi çərçivəsində Beninlə keçirilən matçda nail olub. "Liverpul"un futbolçusu Seneqal millisinin qalib (3:1) gəldiyi görüşdə het-trik etməklə adını ölkəsinin futbol tarixinə yazdırıb. Mane qol sayını 32-yə çatdırıb və bu göstəricidə Anri Kamaranı (30) geridə qoyub.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2012-ci ildən çıxış etdiyi millidə 56 oyun keçirib.

Xəbər xətti