Uels dünya çempionatının final mərhələsində! - YENİLƏNİB

21:56 - 5 İyun 2022

Bu gün Avropadan DÇ-2022-yə vəsiqə qazanan sonuncu milli komanda müəyyənləşib.

Sportal.az xəbər verir ki, pley-off mərhələsinin final matçında Uels və Ukrayna yığmaları üz-üzə gəlib.

"Kardiff Siti" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb. Bununla da uelslilər 64 ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanıb.

DÇ-2022, pley-off mərhələsi, final

5 iyun

Uels - Ukrayna 1:0 

Qol:
Yarmolenko 34 (avtoqol)
Baş hakim: Mateu Laos (İspaniya)

Xəbər xətti