FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında San-Marino və Malta milliləri arasında keçirilən oyunu idarə edib.
Sportal.az xəbər verir ki, Maltanın 2:0 qələbəsilə başa çatan görüşdə Ağayev 5 dəfə əlini cibinə atıb. Belə ki, o, Maltadan 3, San-Marinodan 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabbarov olub.
