"Atletiko" "Espanyol"da çıxış edən Raul de Tomasla maraqlanır.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu satmağın əlehinə deyil. Hücumçunun Barselona təmsilçisi ilə müqaviləsinin müddəti 2026-ci ilə qədərdi. 27 yaşlı forvardı transfer etmək istəyən komanda "Espanyol"a 75 milyon avro təzminat ödəməlidir.
Karyerasına "Real"da başlayan futbolçu bu komandada cəmi bir matç keçirib.
İspaniya millisinin üzvü 2020-ci ildən çıxış etdiyi Barselona təmsilçisinin heyətində 89 matçda 45 qolla yadda qalıb .
