Yığmamız qalib gəldi

22:22 - 5 İyun 2022

Bakıda təlim-məşq toplanışında olan U-20 yığmamız hazırlıq çərçivəsində yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, BOS-un ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:2 qalib gəlib. Yığmamızın hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub.

Yığmamızın özbəklərə qarşı növbəti yoxlama oyunu iki gündən sonra keçiriləcək. 

Xəbər xətti