"Bavariya"nın prezidenti Herbert Hayner Robert Levandovskinin komandadakı gələcəyindən danışıb.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri təcrübəli hücumçunun durumu ilə əlaqədar bunları deyib:
"Levandovskinin müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Futbolçu nə vaxtdan müqaviləsi olduğu halda sərbəst olaraq başqa klubda çıxış etməsilə bağlə qərar verir? O, bu qərarı ilə məni təəccübləndirdi. Levandovski hər şeyi ictimaiyyətə açıqlayır. Onun yerində olsaydım, belə etməzdim. Levandovski peşəkardır və futbol oynamaq istəyir. Bizim klub olaraq maliyyə problemlərimiz yoxdur. Komandada ən yaxşıları görmək istəyirik. O da həmin insanlardan biridir".
33 yaşlı hücumçu 2014-cü ildən Münhen klubunda çıxış edir. Müqaviləsi gələn ilin yayında sona çatmasına baxmayaraq, təcrübəli oyunçu bu transfer pəncərəsində klubdan ayrılmaq istəyir.
