Millidə qol vuran ən gənc ünvanına sahib çıxdı

11:40 - 6 İyun 2022

Qavi İspaniya millisinin tarixinə keçib.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında Çexiya ilə görüşdə qol vuran Qavi bununla da millidə qol vuran ən gənc oyunçu ünvanına sahib çıxıb. O, bunu 17 yaş 304-cü günündə edib.

Ondan əvvəl isə bu ünvana Ansu Fati sahib idi. Belə ki, "Barselona"nın üzvü ötənilki Millətlər Liqasında Ukraynaya 17 yaş 311-ci günündə qol vurmuşdu.

Çexiya - İspaniya matçı 2:2 hesabıyla başa çatıb.

 

Xəbər xətti